"Rusiya çöksə biz onun qalıqları aktında qalacağıq"
Aleksandr Lukaşenko
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, KTMT-nin gələcəyi Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın uğurundan asılıdır.
Bunu Belarusun dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində danışıb.
O, deyib ki, Rusiya qalib gəlsə, KTMT yaşayacaq: "Allah eləməsin, qalib gəlməsə, KTMT mövcud olmayacaq. Yəni əgər Rusiya çökərsə, o zaman bizim yerimiz onun qalıqları altında olacaq”, - deyə Lukaşenko bildirib.