"Rusiyanın itkiləri əvəzedilməzdir"

“Qərbin ümumi ÜDM-i 40 trilyon dollar, hərbi xərcləri isə 1 trilyon dolları keçirsə, Rusiya bu yarışda necə qalib gələ bilər? Rusiyanın ümumi ÜDM-i cəmi 1,8 trilyon dollardır”, - RBC BlueBay Asset Management-in İnkişaf etməkdə olan Bazarlar üzrə Baş Strateqi Timoti Eş yazır.

Onun fikrincə, Putin sosial və siyasi iğtişaşlar törətmək riski ilə yanaşı, həm də “rejimi üçün birbaşa və açıq təhlükə” ilə istehlak xərclərini müdafiəyə yönəltməli olacaq.

O, hesab edir ki, məhv edilmiş texnikanın bərpa edilməsi cəhdi və Qərblə yeni silahlanma yarışında iştirak qaçılmaz olaraq, Rusiya iqtisadiyyatının iflasına gətirib çıxaracaq.k

Espertlərin hesablamalarına görə, noyabrın 23-nə qədər Rusiya ümumilikdə 8047 hərbi texnika itirib. O cümlədən 1503 tank, 1754 piyadaların döyüş maşını, 718 zirehli texnika, 270 zirehli transportyor və s.

Məhsuldarlığı qorumağın yeganə yolu istehsalı sadələşdirmək və köhnəlmiş silahlara üstünlük verməkdir. Beləliklə, Rusiya ilk dəfə 1961-ci ildə istehsal olunan 800 ədəd T-62 tankını yaxın üç ildə modifikasiya etməyə hazırlaşır.
Sadə bir yanaşma hipotetik olaraq yalnız tanklar və zirehli texnikalar üçün mümkündür, lakin təyyarələr, helikopterlər, raketlər, artilleriya və digər sistemlərdə bu mümkün deyil. Məsələn, Rusiya ildə cəmi 15 Ka-52 helikopteri istehsal edə bilər. Yəni itkiləri bərpa etmək üçün demək olar ki, iki il lazım olacaq (Oryx-ə görə bu modeldən cəmi 27 helikopter var).
Oriksin fikrincə, Rusiya ordusunun Ukraynaya hücumu zamanı verdiyi itkilər əvəzedilməzdir