Sutkanın əsas dünya xəbərləri

Azərbaycan MN məlumat yayaraq Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında Azərbaycanın yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyi və qanunsuz erməni hərbi birləşmələrin bütün təxribatçı fəaliyyətlərinin ciddi surətdə qarşısının alınmasına çağırıb.
                       ***
 BMT-nin İnsan Haqları Şurası İranda etiraz aksiyalarının yatırılması zamanı baş verən sui-istifadə hallarını araşdırmaq üçün missiyanın yaradılması haqqında qətnamə qəbul edib. Təşəbbüsü Şuranın 25 üzvü dəstəkləyib, 16-sı səsvermədə bitərəf qalıb, daha 6 ölkə, o cümlədən Ermənistan və Çin isə əleyhinə səs verib.
                      ***
 Macarıstan parlamenti gələn il qanunverici orqanın ilk iclasında Finlandiya və İsveçin NATO-ya üzvlük təkliflərini təsdiq edəcək, bunu ölkənin Baş naziri Viktor Orban bildirib. Macarıstan və Türkiyə blokun yeganə üzvləridir ki, bu ölkələrin alyansa daxil olmasını dəstəkləmir.
                          ***
 Avropa İttifaqı ölkələrinin energetika nazirləri Rusiya qazını 2023-cü ildə üzv ölkələrin qaz anbarlarının həcminin ən azı 15%-i və ya 13.5 milyard kubmetr təşkil etməli olan birgə satınalma müqavilələrindən çıxarmaq barədə razılığa gəliblər. Qeyd edək ki, birgə bəyanatda “Rusiya qazı” ifadəsi göstərilmir. Buna görə də, Rusiyada hasil edilən və Aİ ölkələrinin bir və ya bir neçə vasitəçi vasitəsilə aldığı qazın Rusiyanın hesab edilib-edilməyəcəyi hələki dəqiq deyil.