Avropa Parlamenti İranla əlaqəni dayandırdı

Avropa Parlamenti İran İslam Respublikası ilə birbaşa əlaqəni “müvəqqəti” dayandırır.

Avropa Parlamentinin sədri Roberta Metsula deyir ki, Avropa Parlamenti ilə İran arasında birbaşa əlaqə və dialoq müvəqqəti dayandırılacaq. Xanım Metsula İranda nümayişçilərin zorakılıqla repressiya edilməsinə də işarə edərək, “Avropanın bizə ümid bəsləyən etirazçılara gözünü yummayacağını” vurğulayıb.