Sutkanın əsas dünya xəbərləri


 Avstraliya ekstremistlərin hücumları riskinin azaldığını əsas gətirərək səkkiz ildə ilk dəfə milli terror təhlükəsi səviyyəsini "ehtimal"dan "mümkün"ə endirib. Bu səviyyə 2014-cü ildə Yaxın Şərqdə ekstremist qrupların meydana çıxmasından və terror aktları ehtimalının artmasından sonra qaldırılıb.
                        ***
 "Brent" markalı neftin qiyməti son 11 ayın minimumuna – 81.16 dollara düşüb. Qiymətləri aşağı çəkən əsas səbəb dünyanın ən böyük neft idxalçısı Çində ciddi COVID-19 məhdudiyyətlərinə etirazlar, tələb narahatlıqlarını artması göstərilir 
                         ***
 Cənubi Koreya hökuməti tədarük zəncirinin pozulması və tikinti sahələrində material qıtlığı səbəbindən danışıqlar üçün yük maşınları ittifaqı ilə görüşməyi planlaşdırır. Noyabrın 24-də ölkədə minimum əmək haqqı sisteminin uzadılmasını və müxtəlif sənaye sahələrində yük maşınlarına güzəştlərin verilməsini tələb edən yük maşını sürücülərinin böyük tətili başlayıb.
                         ***
 Dünya Çempionatında Mərakeşin Belçika üzərində 2:0 hesablı qələbəsindən sonra Belçika şəhərlərində etiraz aksiyaları və iğtişaşlar yaşanıb. İğtişaşçılar avtomobilləri aşırıb yandırıblar və maşınlara kərpic atıblar. Polis Brüsselin mərkəzinin bir hissəsini mühasirəyə alıb, həmçinin insanları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 10 nəfər saxlanılıb.
                          ***
 ABŞ ruslara immiqrasiya vizası vermək üçün üçüncü ölkə axtarır, bunu ABŞ-ın Moskvadakı müvəqqəti işlər vəkili Elizabet Rud deyib. Onun sözlərinə görə, Vaşinqton bilir ki, Rusiya vətəndaşları üçün bu kateqoriyadan olan vizaların rəsmiləşdirildiyi Polşada sənədləri emal etmək çətindir. Rud qeyd edib ki, ABŞ bu ölkəyə səfər etmək və ya orada təhsil almaq istəyən rusları qəbul etməyə hazırdır.