"Hərbi xidmətdən yayınan ruslar Gürcüstandan qayıtmağa tələsmirlər"


“Reuters” xəbər agentliyi müharibə başlayandan sonra Gürcüstana axın edən Rusiya vətəndaşları barədə sorğu aparıb.

Telekanal Gürcüstana üz tutan ruslara geri, vətənlərinə qayıtmaq barədə düşünürlərmi deyə sual ünvanlayıb.

Rusiya vətəndaşları isə Gürcüstandan qayıtmağa tələsmədiklərini və bu barədə ümumiyyətlə hələ düşünmədiklərini qeyd ediblər.

Məlumatda bildirilir ki, Rusiya Ukraynadakı döyüş meydanında yaşanan uğursuzluqlarla bağlı sentyabrın 21-də hərbi xidmətə çağırış elan etdikdən sonra yüz minlərlə kişi cəbhəyə göndərilməmək üçün Gürcüstan, Ermənistan və Qazaxıstan kimi ölkələrə üz tutublar.

Agentlik onu da qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra 110 mindən çox rusiyalı Gürcüstana qaçıb.