Rusiya Ukraynaya nüva daşıyan raketi atır

Britaniya hərbi kəşfiyyatının məlumatına görə, Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemlərini yayındırmaq üçün Ukraynadakı hədəflərə nüvə başlığı olmayan X-55 qanadlı raketləri buraxır. Bu barədə Britaniya Müdafiə Nazirliyinin növbəti hesabatında deyilir.
Açıq mənbə məlumatları 1980-ci illərdə yalnız nüvə daşıyıcısı kimi hazırlanmış, vurulmuş X-55 raketinin qalıqlarını göstərir. Döyüş başlığı, ehtimal ki, ballastla əvəz edilmişdir.
Böyük Britaniyanın Müdafiə Nazirliyi qeyd edir ki, belə bir raket kinetik enerjisi və yanacaq qalıqlarına görə zərər verə bilsə də, hədəfə ciddi ziyan vurmaq iqtidarında deyil. Müvafiq olaraq, belə bir buraxılışın məqsədi Ukraynanın hava hücumundan müdafiə sistemlərini yönləndirmək ola bilər.
Rusiyanın niyyətindən asılı olmayaraq, bu improvizasiya Rusiyanın uzaqmənzilli raket ehtiyatının tükənmə səviyyəsini nümayiş etdirir.
Noyabrın 17-də Ukraynadakı hədəflərə qarşı atılan raketlər arasında nüvə başlığı ilə istifadə üçün nəzərdə tutulan KMX-55 raketinin də olduğu 18 noyabrda bildirilmişdi. Həmin məlumatlara görə, nüvə başlığının yerində boşluq var idi.
Rusiya tərəfindən oxşar raketlərin digər buraxılışlarına dair sübutların olub-olmadığı məlum deyil