"Minsk Qrupu fransızlar və amerikalılar tərəfindən basdırılıb" - S. Lavrov
"Azərbaycan tərəfi Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır", - Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün bildirib.
Lavrov qeyd edib ki, Ermənistan rəhbərliyi son vaxtlar “statusdan çox Qarabağdakı ermənilərin hüquqlarından danışır”.
Nazir bildirib ki, Azərbaycan Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının hüquqları ilə bərabər huquqi təminat verməyə hazırdır.
O, həmçinin qeyd edib ki, ATƏT-in Minsk Qrupu fransızlar və amerikalılar tərəfindən basdırılıb.
“ATƏT-in Minsk Qrupu bir vaxtlar regionda nüfuzu olan, İrəvan və Bakıya siqnal göndərə bilən ölkələri birləşdirmək məqsədilə yaradılıb. Onlar da Rusiya və ABŞ-ın sədrliyi ilə işləməyə razılaşıblar, sonra Fransa da qoşulub. ATƏT-in Minsk Qrupu fransızlar və amerikalılar tərəfindən basdırılıb, Rusiyanın bununla heç bir əlaqəsi yoxdur”, - Rusiya XİN rəhbəri əlavə edib