Ukraynalı deputat İran-Azərbaycan münasibətlərindən danışdı
Ukraynalı deputat: "Azərbaycan- çoxlu sayda etnik azərbaycanlının yaşadığı İran üçün əsas təhlükədir"
Ukraynanın UNN xəbər agentliyinin məlumatına görə, Ali Radanın "Xalqın xidmətçisi" partiyasından olan deputatı deyib: "Nəzərə almaq lazımdır ki, İran buna görə ciddi narahatlıq keçirir. Amma qəribədir ki, buna baxmayaraq Ermənistanı maliyyələşdirir".
"Biz İran dronlarının Ukrayna şəhərlərini bombaladığını gördükdən sonra artıq seçim etmək, yaxud düşünməyimizə ehtiyac qalmır. Biz Azərbaycanı dəstəkləməlidir",- deyə o, vurğulayıb.