İranda əxlaq polisi ləğv edildi

İranın baş prokuroru Mohammad Jaafar Montazeri bildirib ki, İran hakimiyyəti qadınların hicab taxmasını tələb edən qanunun dəyişdirilməsi üzərində işləməyə başlayıb. Bu barədə "The Guardian" yazır.
“Həm parlament, həm də məhkəmə [bu məsələ üzərində] işləyir” deyən baş prokuror, bu orqanların qanunu necə dəyişdirəcəyini dəqiq açıqlamayıb. Onun sözlərinə görə, noyabrın 30-da bir qrup ekspert parlamentin mədəniyyət komissiyası ilə görüşüb, “bir-iki həftəyə nəticəsini görəcəyik”.


İranda 1979-cu il İslam İnqilabından sonra hicab qadınlar üçün məcburi oldu, lakin bir çox iranlı qadınlar bu tələbi görməməzliyə vurdular. 2022-ci ilin iyulunda İran, səlahiyyətlilərin fikrincə, düzgün olmayan şəkildə hicab geyinənlərə qarşı sərt hicab və iffət qanunu qəbul etdi. Qadınlardan saçlarını, boyunlarını və çiyinlərini örtən baş örtüyü taxmaları tələb olundu və əxlaq polisi yeni qaydanı pozanları saxlamağa başladı.
İran hakimiyyəti hicabın məcburi geyinilməsi ilə bağlı qanuna əməl olunmasına nəzarət edən əxlaq polisnini ləğv etmək qərarına gəlib.

“Əl-Ərəbiyyə”nin məlumatına görə, bu barədə İranın baş prokuroru məlumat verib. Eyni zamanda "İran İnternational" yazır ki, Məhəmməd Cəfər Montazeri İran hakimiyyətinin əxlaq polislərini ləğv etməyəcəyini bildirib, “amma son hadisələrdən sonra dövlət orqanları bu məsələni ağlabatan şəkildə həll etməyə çalışır”.
Sentyabrın sonundan İranda 22 yaşlı Məhsa Əmininin hicab “səhv” geyindiyinə görə əxlaq polisi tərəfindən saxlanıldıqdan və bu arada qadının vəfat etməsindən sonra başlayan etirazlar davam edir.

Ölkənin hər yerində etirazlar gedir. Onları güc strukturları tərəfindən ciddi şəkildə dağılırlar.
İran hakimiyyətinin məlumatına görə, etirazlar zamanı 200-ə yaxın insan həlak olub. Hüquq müdafiəçiləri isə dekabrın 2-nə İranda 469 etirazçının öldürüldüyünü, onlardan 64-ü azyaşlı olduğunu bildirir. 18 mindən çox etirazçı saxlanılıb.