Putin "oberyoq"un köməyinə ümid bəsləyir
Ərəstun Oruclu
Rusiyadakı cəhalətin miqyası artıq bütün sərhədləri keçib. Ölkə mediası xəbər verir ki, tələbələr sərbəst vaxtlarında tikiş kombinatına gedərək Ukraynaya qarşı döyüşən işğalçı ordularının əsgərləri üçün oberyoq toxuyurlar.
Oberyoq (rusca оберёг) bir növ insanı bəladan, bədbəxtlikdən qoruyan amilet və ya bir növ gözmuncuğu kimi bir şeydir. Yəni, üzərində oberyoq olan işğalçı Ukrayna ordusunun müasir silahlarından qorunacaq.
Allah Əliağa Ağayevə rəhmət eləsin. Sağ olsaydı möhtəşəm ifa etdiyi molla Cəbinin əbasını geyinib strateji müttəfiqimiz üçün təhlükəsizlik məsələsini birdəfəlik həll edərdi: Şoyquya qorxu, Putinə isə ağıl duası yazmaqla.
Yeri gəlmişkən, ruslara xatırlatmaq lazımdır ki, dələduz erməni keşişlər də 44 günlük müharibə zamanı 18-19 yaşlı uşaqlara xaç suyu çəkib onları ön cəbhəyə göndərirdilər. Amma bu, onlara kömək etmədi.