"Quranı və Əhli-Beyti nizəyə taxmaq"

 

Amerikada yaşayan iranlı molla Məhəmməd Hidayəti İranın molla rejiminə tənqid yağdırıb:
"İslam hakimiyyətinin rəhbəri adı altında fəaliyyət gösrərirsiniz və 40 min nəfərlik media işçiniz var. Xalqın ixtiyarına bir televiziya və radio belə vermirsiniz. Üstəlik deyirsiniz ki, virtual məkan mən hökmdara müxalifdir. Yəni onu da boğmaq istəyirsiniz. Bu tendensiya 40-50 ildir davam edirdi, son 5-6 il sosial medianın hesabına üstü açılıb bu planlarınızın. Hicabsızlıq və hicaba tam əməl etməməyin günahını bir hesab etsək, rüşvət və sələmin günahı minə bərabərdir. O min günahı buraxıb bu bir günahı əlimizdə bayraq etmişik. Niyə? Çünki siyasi oyundur və Quran və Əhli-Beyti siyasi oyuncağa çevirmişik.

Dəyənəklə vurasan başına, "Əxlaq" polisi gəlib həbs edə, işgəncə verə?
Sən Quran ayəsinə qarşı çıxırsan! 

Məgər Quran deyir ki, kim başını örtməsə Allahla müharibə edir? Peyğəmbərlə müharibə edir?

Saxta hakimiyyətin içində haramxor mərcəyi-təqliddən tutmuş məddah, vaiz, sıravi işçi və qəməvurana qədər varlarıdır. Hətta əllərində küçə qadınlarına kimi var. Qadinli-kişili əxlaqsızlıqla maşğul olan ünsürlərə də sahibdirlər. Və bunların hər birindən özlərinə lazim olan yerdə istifadə edirlər.

Başdan ayağa bu çirkabın içində olan hakimiyətin əlində nə çətin işdir ki, hicablının başından hicabını çəkib açmaq?
Bunu özləri ediblər. Ölkə xaricində yaşayan gənc oğlan və qızın əlinə Quranı verib deyiblər ki, yandırsın Quranı! Quranı nizəyə taxsın!
Sonra da "ey vay, bunlar dinə qarşı çıxanlar və bizə düşmənçilik edənlər bu məlumatı yayırlar!" deyə hayqırırlar".

O, 2015-də ölkədə baş qaldıran etirazlara da toxunaraq Xameneyiyə səsləniv: "Sabiq prezident dedi ki, Aşura günü Quranı, İmam Hüseynin bayrağını yandıranlar təhlükəsizlik qüvvələridir. Bundan da aydın sübut? Niyə sübut ola-ola yalan danışırsan? Deyirsən hökumətə müxaliflər yandırıb.

Xalqın tələbləri var! 2017-ci ildə benzinin qiymətinə etiraz edənlər necə? Onlar da Qurana qarşı idi? Hicaba qarşı idilər?

İsfahanın Zayəndərud çayının kənarında sıraya düzülmüş əkinçilər (özünüz də videolarını görmüsünüz, çadırlar qurub öz problemlərini dilə gətirirdilər). Onları da atəşə tutdular. Yazıq əkinçilərin gözlərini çıxardılar. Onlar da dinə müxalif idi? Qurana qarşı çıxırdılar? Hicaba qarşı çıxmışdılar?

Məhəmməd Hedayəti:
Suriya prezidenti Bəşar Əsədin hakimiyyətinə dəstək verməyə gedən iranlı general Həmədanini özləri vurub öldürdü. Faktlar var, özləri etiraf edir ki, biz 2015-ci ildə baş tutan xalq etirazlarında 10 min muzdlu qulduru topladıq etirazları yatırdıq.
Muzdlu quldur nə edir? Küçənin ortasında gəlib camaat namazı qılır? "Əm mən yucibu"- ayəsinə əməl (dua) edir? Nə edirlər bu quldurlar? Həmin quldurlar banklara od vururlar və deyirlər ki, etirazçıların işidir, dövlət əmlakını dağıdırlar və deyirlər ki, etirazçıların işidir. Hay-küy salırlar və repressiya həyata keçirmək üçün rəsmi güc strukturların əlinə bəhanə verir ki, amandır, bunların qarşısın almasaq hər yeri və hər şeyi xaraba qoyacalar".