Bu il Gürcüstana 5 milyona yaxın turist gəlib

2022-ci ilin təkcə noyabr ayında Gürcüstana 471 165 beynəlxalq səyahətçi səfər edib. Bu isə əvvəlki ilin noyabr ayı ilə müqayisədə 160,4% artım deməkdir.

Bu barədə Milli Turizm Administrasiyası məlumat yayıb. Məlumata əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında turizmin canlanma dinamikası müşahidə olunub. Belə ki, 2022-ci ilin 11 ayında Gürcüstana 4 862 247 beynəlxalq səyahətçi səfər edib. Bu da 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 185,5% artım təşkil edir.