İran öz ordusunun əsgərlərini həbs edir

İsrailin “Mako” informasiya saytı xəbər verir ki, “Black Reward” haker qrupunun “Fars”xəbər agentliyinə hücumu zamanı ələ keçirdiyi məlumatlara əsasən, İran ordusunun 115 əsgəri ölkədə davam edən etirazlar zamanı həbs edilib.

Onların hamısı SEPAH-ın və ya ona tabe olan qurumların deyil, İranın nizamlı ordusunun əsgərləridir. 

Buna görə də guman etmək olar ki, SEPAH üzvləri iğtişaşları yatırmaqla yanaşı ölkədə baş verə biləcək çevrilişin, eləcə də nizami ordunun hərbçiləri arasında fərariliyin qarşısını almaqla məşğul idilər.