Təyyarədə həyəcan dolu anlar: Sərnişin təcili çıxış qapısını açmağa cəhd etdi - TƏFƏRRÜAT

Avstraliyada təyyarədən tullanaraq videoya düşən "Jetstar" sərnişini ilə bağlı təfərrüat ortaya çıxıb. Bu təfərrüatı digər sərnişin sosial şəbəkədə paylaşıb.

Lim10.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Kayl Kennetin dediyinə görə, uçuş zamanı həmin sərnişin beş-altı dəfə tualetə gedib, siqaret çəkib və təcili çıxışa baxırmış. Bundan əlavə, həmin şəxs stüardessalardan spirtli içki tələb edib.

Enişdən dərhal sonra sərnişin təcili çıxışa gedib və ekipaj onu dayandırmağa çalışsa da, o, bir əli ilə 45 kiloqramlıq qapını aça bilib.

"O, aqressiv deyildi və bir az həyəcanlı görünürdü, sanki həmin an təcili olaraq təyyarəni tərk etməli idi" , - deyə Kennet bildirib.

Qeyd edək ki, fövqəladə avqustun 22-də Sidneydən Melburna uçan təyyarədə baş verib. Enişdən bir neçə dəqiqə sonra sərnişin təcili çıxış qapısını açıb və qanadın üzərinə çıxıb. Bundan sonra o, həbs edilib.