"Əgər etirazçılar öldürülsə, ABŞ İrana sərt zərbə endirəcək".
"Report"un məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Salem News Channel" telekanalının efirində bildirib.
"Vaşinqton Tehrana çox sərt zərbə endirəcək və İran bunun bədəlini yüksək ödəyəcək", - deyə o qeyd edib.
Bu arada, İranda etirazlar davam edir. ABŞ maliyyə naziri əvvəllər İran iqtisadiyyatının çökmək üzrə olduğunu bildirib.
Yerli medianın məlumatına görə, ölkənin mərkəzi bölgələrində internet xidməti zəifləyib və ya fasilələrlə işləyir.



















