İran və Rusiya helikopter və təyyarə istehsalında əməkdaşlıq edir

 

İranın sənaye, mədən və ticarət nazirinin müavini Mənuçehr Mənteqi İran və Rusiya arasında 70-150 sərnişin tutumlu təyyarələrin istehsalı üçün imkanların paylaşılması və qarşılıqlı əlaqələrin inkişaf etdirildiyini açıqlayıb.

O, həmçinin iki ölkənin hava nəqliyyatına birgə texniki xidmət göstərə biləcəklərini deyib.

Qeyd edək ki, Tehran və Moskva arasında birgə layihələrin müzakirəsi dekabrın 13-dən 16-dək İran körfəzinin Kiş adasında keçirilən 11-ci İran Beynəlxalq Aviasiya Sərgisi çərçivəsində aparılır.