Jurnalist, yazıçı, "Nə? Harada? Nə zaman?" teleklubunun keçmiş oyunçusu Aleksandr Byalko 72 yaşında vəfat edib.
Lim10.az xəbər verir ki, bu barədə TASS-a jurnalistin qızı Mariya Byalko məlumat verib.
Qadın atasının ölümünün səbəbini açıqlamayıb.
Onun sözlərinə görə, Aleksandr Byalko ilə vida mərasimi çərşənbə axşamı, avqustun 27-də baş tutacaq. Dəfn yeri daha sonra açıqlanacaq.
Xatırladaq ki, Aleksandr Byalko 28 avqust 1952-ci ildə doğulub və təhsilinə görə nüvə fiziki olub. O, "Kultura" radiostansiyasında veriliş aparıb və səkkiz dil bilib. Byalko "Nə? Harada? Nə zaman?"a 1979-cu ildə gəlib və 2010-cu ildə klubu tərk edib.