Xüsusi təlim keçmiş itlər havada pilotsuz uçuş aparatlarını (PUA) aşkarlamağı öyrəniblər.
Lim10.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin general-mayoru, xidməti itlərin yetişdirilməsi üzrə təlim mərkəzinin rəis müavini Sergey Deqtyarev bildirib.
Onun sözlərinə görə, hazırlıq orta hesabla 3-6 ay çəkir. Nəticədə, itlər 700 metrə qədər məsafədən dronun yaxınlaşmasını aşkarlaya bilirlər.
O aydınlaşdırıb ki, təkcə alman, Belçika və Şərqi Avropa çoban itləri deyil, bir sıra ov cinsləri də PUA-ları aşkarlamaq iqtidarındadır.
Təlim çərçivəsində hərbçilər də xüsusi hazırlıq keçirlər.
"Əsgər döyüş meydanında təkcə özünə deyil, həm də dördayaqlı yoldaşına kömək göstərməyi bacarmalıdır", - Deqtyarev bildirib.