"Tesla" Almaniyadakı fabrikinə yer açmaq üçün Berlinin kənarında 500 mindən çox ağacı kəsib. Bu, avtomobil istehsalçısının istehsal sahəsini genişləndirdiyi 2020 və 2023-cü illər arasında baş verib.
Lim10.az bu barədə ixbt.com-a istinadən xəbər verir.
"Tesla" zavodunun tikintisi hələ 2020-ci ildə başlayıb və ilk avtomobil 2021-ci ildə konveyerdən çıxıb. Obyekt üçün kifayət qədər böyük bir sahə yaratmaqdan ötrü avtomobil istehsalçısı ərazini təmizləmək və tikinti üçün zəmin hazırlamaq üçün minlərlə ağacı kəsməli idi. Tikinti başlanandan sonrakı illərdə bu təcrübə davam etdi və "Tesla"ya Avropa zavodunu genişləndirməyə imkan verdi.
KİV-in məlumatına görə, "Tesla" 2020-ci ilin martından 2023-cü ilin mayına qədər 813 hektar meşədə ağacları kəsib. Bu, üç il ərzində təxminən 500 min ağacın təxmini itkisi deməkdir.
Mütəxəssislər hesab edirlər ki, bu sayda ağac atmosferdən 13 min tona qədər CO2 uda bilər ki, bu da təxminən 2800 avtomobilin orta illik CO2 emissiyasına bərabərdir.