Polşaya son iki gündə üçüncü hava zondu düşüb

Polşanın şərqindəki Podlaskiye bölgəsinə ilkin olaraq hava şarı kimi tanınan naməlum obyekt düşüb.

Lim10.az aif.ru-ya istinadən xəbər verir ki, bu, son iki gündə üçüncü belə hadisə olub.

Yerli polisin nümayəndəsi Aqneşka Skvierçinska məlumatı təsdiqləyib.

"Bizə məlumat daxil olub ki, Rutki-Kossaki meşə kompleksində yerli sakinlər ağacdan asılmış əşya tapıblar. Məlum olub ki, bu, meteoroloji alətdir", - o deyib.

Cihazın üzərində kiril əlifbası ilə yazılar həkk olunub.

Hadisə nəticəsində tələfat və dağıntı qeydə alınmayıb.