Parisdə saxlanılan "Telegram"ın təsisçisi Pavel Durovun işini aparan müstəntiqlərdən biri onun axtarışda olduğunu bilə-bilə Fransaya uçmaq qərarına gəlməsinə təəccüb etdiyini bildirib.
Lim10.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.
"Telegram"ın bu cəzasızlığı bitməlidir" , - Pavel Durovun saxlanmasına münasibət bildirən Fransa hüquq-mühafizə orqanlarının adı açıqlanmayan rəsmisi bildirib.
Qeyd edək ki, Pavel Durov dünən Parisdə . O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.