Fransalı siyasətçi: "Pavel Durovu saxlamaqla Paris özünün tiran mahiyyətini nümayiş etdirdi"

"Fransa "Telegram"ın təsisçisi Pavel Durovu Paris hava limanında saxlamaqla özünün tiran mahiyyətini bütün dünyaya nümayiş etdirdi".

Lim10.az xəbər verir ki, bu sözləri Fransanın "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo mətbuata verdiyi açıqlamada bildirib.

"Bu, çox ciddi məsələdir. Fransa dünyaya özünün tiran mahiyyətini nümayiş etdirdi. Avropa İttifaqının Rəqəmsal Xidmətlər Senzurası Qanunu (DSA) Fransada söz azadlığının getdikcə daha amansız repressiyaya məruz qalmasına təkan verir. Görəsən, "X" sosial şəbəkəsinin sahibi İlon Musk da Fransaya gəlsə, eyni şəkildə saxlanılıb həbs oluna bilərmi?" , - deyə siyasətçi qeyd edib.

Qeyd edək ki, Pavel Durov dünən Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.