Rusiyalı idmançının qələbəsini əlindən almağa çalışdılar

Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan kanoe üzrə dünya çempionatında rusiyalı idmançı Zaxar Petrov (500 metr məsafədə) finiş xəttinə birinci çatmağa az qalmış onun qayığı çevrilib. Nəticədə hakimlər qələbəni moldovanı təmsil edən Sergey Tarnovskiyə veriblər.

Lim10.az Rusiya KİV-nə istinadən xəbər verir ki, rusiyalı idmançının məşqçiləri bu qərarı ədalətsiz hesab edərək yarış təşkilatçılarına şikayət ediblər.

Nəticələrə yenidən baxılıb və rusiyalı idmançının qələbəsi ona qaytarılıb.

Qeyd edək ki, Zaxar Petrov bununla Səmərqənd şəhərində təşkil olunan kanoe üzrə dünya çempionatında üçüncü qızıl medalını qazanıb.