Rusiyanın ən böyük neftayırma zavodu partladı

Şərqi Sibirdə ən böyük neft emalı zavoduda gecə partlayış baş verib. İrkutsk ətrafında yerləşən bu zavod Anqarsk Neft-Kimya Şirkətinəməxsusdur.

Partlayış o qədər güclü olub ki, bölgədəki seysmoqraflar zəlzələni qeydə alıb. Zərinə dalğasi nəticəsində partlayış yerindən bir neçə kilometr aralıda yerləşən istilik elektrik stansiyasında tavanlar uçub.

Nəticədə 2 nəfər həlak olub, daha 4 nəfər yaralanıb, zavodda 2500 kvadratmetr sahədə yanğın baş verib. Moskvada səhər saat yeddiyə qədər Fövqəladə Hallar Nazirliyi yanğının söndürüldüyünü bildirdi. Nazirlik partlayışın mümkün səbəbi proses blokunda sistemlərin qazla çirklənməsi olduğu barədə rəsmi məlumat yayıb.