"Azərbaycanı gücləndirmək üçün hər şeyi edəcəyik" - Cros Dik
Biz Azərbaycana qarşı yönələ biləcək təhlükənin qarşısını almaq məqsədilə onu gücləndirmək üçün hər şeyi edəcəyik”, - deyə İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.
“Azərbaycan və İsrail strateji tərəfdaşdırlar, ona görə də biz buna ciddi yanaşırıq. Biz heç bir ölkəyə münasibətdə sadəcə “strateji” sözünü işlətmirik. Bu mənada tərəfdaşlığımız dərindir və geniş sahələri əhatə edir”.
Səfir qeyd edib ki, bu sahələrdən biri təhlükəsizlikdir və Qarabağ məsələsində İsrailin mövqeyi çox aydın olub - İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Biz onu da başa düşürük ki, Azərbaycan onu təhdid etməkdən çəkinməyən qonşularla çətin qonşuluqda yaşayır. Onlar Azərbaycanın müstəqilliyini və ya ərazi bütövlüyünü açıq və ya gizli şəkildə təhdid edən ölkələr. Biz bir dost ölkə kimi Azərbaycanın güclənməsini istəyirik. Tərəfdaşımız Azərbaycana qarşı hər hansı bir qüvvədən gələ biləcək təhlükənin qarşısını almaq üçün hər şeyi edəcəyik”.