Zelenski ABŞ-a gedəcək

Zelenski ABŞ-a səfərini rəsmən təsdiqləyib. Prezident amerikalı həmkarı Co Baydenlə görüşməyi və Konqresdə çıxış etməyi planlaşdırır. Bu, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Zelenskinin xaricə ilk səfəridir. Məlumatı Ağ Ev də təsdiqləyib.

Bayden və Zelenski arasında keçiriləcək görüşdə döyüş meydanındakı strateji vəziyyət, sanksiyalar və Qərbin Ukraynaya yardımını müzakirə olunacaq. Həmçinin rəsmi Vaşinqton Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemi də daxil olmaqla 2 milyard dollarlıq yeni yardım paketi elan edəcək.