ABŞ BMT-ni ittiham etdi

Birləşmiş Ştatlar BMT baş katibini “Rusiyanın təhdidlərinə boyun əyməkdə” və İranın tədarük etdiyi pilotsuz təyyarələrin Rusiya tərəfindən istifadə edilməsi faktını yoxlamaq üçün Ukraynaya rəsmilər göndərməməkdə ittiham edib.

“Biz BMT Katibliyinin Rusiyanın təhdidlərinə açıq-aşkar boyun əyərək Təhlükəsizlik Şurasının ona verdiyi araşdırma mandatını yerinə yetirməməsindən məyus olduq”,-deyə rəsmi Vaşinqtondan bildiriblər. (Deutsche Welle)