Güneyli etirazçı həkimin edam hökmü ləğv edilib?

 

İranın “Etemad Online” qəzeti Kərəc şəhərində keçirilən etirazlar zamanı həbs edilən azərbaycanlı radioloq Həmid Qarahəsənlu barəsində çıxarılan edam hökmünün “ölkənin tanınmış və köhnə siyasi xadimlərindən” birinin istəyi ilə ləğv edildiyini iddia edib.

Qəzet İslam Respublikasının “yüksək hakimiyyət orqanları”ndan göndərdiyi məktubda ölüm hökmünün ləğvini tələb edən “şəxs”in adını çəkməyib, lakin onun “bu məktubu yazdığını və məktubda müsbət cavab aldığını təsdiqlədiyini” qeyd edib.

Qeyd edək ki, İslam Respublikasının siyasi ədəbiyyatında Əli Xameneyi dolayısı ilə ölkənin “ali rəhbərliyi” kimi qeyd olunur.

روزنامه "اعتماد" از لغو حکم اعدام حمید قره‌حسنلو، رادیولوژیست بازداشت‌شده در اعتراضات کرج، با درخواست یکی از «شخصیت‌های سیاسی برجسته و قدیمی کشور» خبر داد.

#iran #etiraz #insan_haqları #həbs #edam #molla_rejimi