Baydenin Zelenski ilə görüşündəki bəyanatından əsas tezislər

 

▪️  Ukrayna Kiyev üçün döyüşdə qalib gəldi, Xerson üçün döyüşdə qalib gəldi, Xarkov üçün döyüşdə qalib gəldi - Ukrayna Rusiyanın gözləntilərini aşdı
▪️  Ukrayna Rusiyanın imperialist iştahına tab gətirdi
▪️  Ukrayna bizim köməyimizlə döyüş meydanında uğur qazanacaq, bütün dünya bundan asılıdır
▪️  Nə qədər baha başa gəlsə də, Amerika xalqı Ukraynanı dəstəkləyəcək
▪️  ABŞ Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin daxil olduğu əlavə hərbi yardım üçün 1,85 milyard dollar ayırır.
▪️  Ukraynaya 45 milyard əlavə yardımın imzalanmasını gözləyirik
▪️  Putin Ukraynada onsuz da uğursuzluğa düçar olub, bacarmayacaq, Zelenski ardıcıldır və ölkəsi üçün ən yaxşısını etməyə çalışır.