Gecənin xülasəsi

Gecənin əsas xəbərləri ☕️????

BMT dünya ölkələrinə humanitar yardım üzrə rekord maliyyə çatışmazlığı ilə üzləşir.

"Bu, indiyə qədər gördüyümüz ən böyük maliyyə çatışmazlığıdır, əsasən dəstəyə ehtiyacı olan həssas insanların sayı sürətlə artır", - deyə təşkilatın humanitar və fövqəladə yardım idarəsinin rəhbəri Martin Qriffits söyləyib. Onun sözlərinə görə, BMT agentlikləri 2022-ci ildə 200 milyondan çox insana kömək etmək üçün 48.7 milyard dollara ehtiyac duyacaqlar. Ukraynadakı vəziyyətlə yanaşı, ərzaq böhranı, koronavirus pandemiyası, Əfqanıstandakı böhran və digər ölkələrdəki münaqişələr də maliyyə çatışmazlığına və humanitar yardıma ehtiyacı olan insanların sayının artmasına səbəb olur.

 ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiyaya qarşı sanksiyaların tətbiqini artırmaq və Moskvanın istifadə edə biləcəyi xarici bankları və kriptovalyuta platformalarını hədəf almaq niyyətindədir. ABŞ rəhbərinin administrasiyasına yaxın olan anonim mənbələr vurğulayıblar ki, sanksiyaların tətbiqindən sonra növbəti vəzifə Rusiyanın idxal marşrutlarını bağlamaqdır. Eyni zamanda, Vaşinqton rusiyalı oliqarxların hesablarını və aktivlərini müəyyənləşdirmək, Rusiyaya əmtəə və xidmətlər ixrac edən şirkətləri cəzalandırmaq niyyətindədir.

 Qara dəniz taxıl təşəbbüsü çərçivəsində Ukraynanın üç Qara dəniz limanından 721 tondan çox taxıl və ərzaq məhsulları ixrac edilib.

 Amerikanın çamadan istehsalçısı olan “Samsonite” Rusiyadakı biznesini satmağa qərar verib. Bildirilir ki, şirkət yerli top-menecerlərə satılıb. 


 İsveçin elektron kitab xidməti “Storytel” oktyabrın 1-dən Rusiyada fəaliyyətini dayandırır. Xidmət abunəliyi olan müştərilərə pulu geri qaytaracağına söz verib.

 Rusiyadakı kinoteatrlar avadanlığın onlara məxsus olmasına baxmayaraq, IMAX-da film nümayiş etdirə bilməyəcəklər. Belə ki, filmlərin nümayişi üçün Rusiyanı tərk edən Kanadanın IMAX şirkətindən icazə tələb olunur. "Cinema Park" və "Formula Kino"  kinoteatrlar şəbəkələrinin baş direktoru Aleksey Vasyasinin qeyd etdiyi kimi, IMAX Rusiyaya qayıtmaqdan imtina edərsə, şirkət məhkəməyə müraciət edəcək.