Əməkdar artist Yusif Mustafayev yanında məclisə apardığı musiqiçilərin pulunu vermir.
Lim10.az xəbər verir ki, bu haqda "Qonaqcanlı" verilişində deyilib. Müğənni özü də xəbəri təsdiqləyib:
"Düzdür, mən onların pulunu vermirəm. Yığıram, onlara maşın və ya başqa ehtiyaclarını almağa kömək edirəm. Rəhmətlik klarnet ifaçısı Zahidin pulunu yığdım, gündəlik 10-20 manat verirdim. Getdim ona ev aldım. Amma səhv etdim, gərək öz adıma alardım. Sonra gedib saatıb onu. Mənə zəng etdi ki, evi satdım, sonuncu 100 dolları xərcləyirəm. Hamısının pulunu elə yığıram".