Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırıldı

Böyük Britaniya öz ərazisində mümkün müharibəyə fəal şəkildə hazırlaşmalıdır.

Lim10.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın milli təhlükəsizlik strategiyasında deyilir.

“Biz uzun illərdən sonra ilk dəfə potensial hərbi münaqişə halları da daxil olmaqla, Böyük Britaniya ərazisində mümkün təhlükəyə fəal hazırlaşmalıyıq”, - sənəddə qeyd edilir.

Bu kontekstdə Rusiyanın Ukraynadakı apardığı müharibəyə diqqət çəkilir ki, strategiyaya əsasən bu, bütün qitə üçün təhlükə yaradır.

“Bəzi düşmənlər gələcək münaqişə üçün zəmin yaradır, enerji və ya logistika sisteminə ciddi ziyan vurmaq, onların təcavüzünə qarşı durmağımıza mane olmaq üçün cəld hərəkətə keçməyə hazırlaşırlar”, - strategiyada qeyd olunur.

“Biz qeyri-müəyyənlik dövründə yaşayırıq və çevik, tez və milli maraqları anlayaraq hərəkət etməliyik”, - Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib.

Xatırladaq ki, iyunun 2-də Britaniya hökuməti müdafiə məsələlərinin strateji icmalını dərc edib və orada Rusiya bu ölkə üçün aktual təhlükə kimi müəyyən edilib.