Amerika iranlıların sərbəst internetə çıxışını asanlaşdırmağa hazırdır

ABŞ Dövlət Departamentinin sözçüsü İranda həbslərin davam etdirilməsini pisləyərək deyib: “İran xalqının internet probleminin həlli üçün özəl şirkətlər və digər dövlətlərlə əməkdaşlıq etməyə hazırıq”.

Ned Prays çərşənbə axşamı günü keçirdiyi mətbuat konfransında əlavə edib: “Əgər özəl sektorun texnologiya şirkətləri və hətta digər dövlətlər İran xalqının bir-biri ilə və xarici dünya ilə ünsiyyət qura bilmələri üçün onlara daha çox kömək etmək üçün yaxşı təkliflər verərsə, biz təkliflərin həyata keçirilməsində onları dinləməyə və əməkdaşlıq etməyə hazırıq".

O, Təranə Əlidusti və digər sənət adamlarının, jurnalistlərin, öyrəncilərin, idmançıların və insan haqları müdafiəçilərinin həbsini pisləyib və bunu İslam Respublikasının ikiüzlülük, qorxu yaratmaq və dinc nümayişləri yatırtmaq taktikası adlandırıb.