ABŞ İranı ölkədəki bütün etirazçıları qeyd-şərtsiz azad etməyə çağırır
Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Birləşmiş Ştatlar İranı ölkədəki bütün etirazçıları qeyd-şərtsiz azad etməyə çağırır.
“Biz İranda azadlıqlarını dinc şəkildə həyata keçirmələri üçün həbsdə olan bütün insanları qeyd-şərtsiz azad etməyə çağırırıq”,- o, tvitter hesabında yazıb.
Prays ABŞ-ın təşəbbüsü ilə İranın BMT-nin Qadınların Statusu Komissiyasından çıxarılmasını xatırladıb. Onun sözlərinə görə, bu, “mərd İran qadınlarını dəstəkləmək üçün” edilib. "Onların hüquqları uğrunda mübarizə davam edir", - ABŞ Dövlət Departamentinin nümayəndəsi əlavə edib.
#İran #xalq #etiraz #həbs #edam #insan_haqları #molla_rejimi