Ukraynaya atılan 69 raketdən 54-ü vurulub

Aleksey Kuleba

Dekabrın 30-na keçən gecə hava hücumundan müdafiə qüvvələri Kiyev vilayətində dronların hücumunu dəf edib.

“Rusiya növbəti dəfə bizim infrastruktur obyektlərimizi hədəfə aldı. Hava Hücumundan Müdafiə Qüvvələri pilotsuz təyyarələrlə mübarizə aparıb. İlkin olaraq, heç bir zərbə hədəfə dəyməyib”, - deyə regional hərbi administrasiyanın rəhbəri Aleksey Kuleba teleqramında yazıb.

“Vostok” Hərbi Hava Komandanlığı həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələri gecə saatlarında Dnepropetrovsk və Zaporojye vilayətlərində on hücum pilotsuz təyyarəsini vurub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sutka ərzində Rusiya tərəfindən ölkə ərazisinə atılan 69 raketdən 54-nün vurulduğunu bəyan edib.