İsrail Dəməşqə zərbə endirib - hava limanı sıradan çıxdı

Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) məlumatına görə, İsrailin Dəməşq Beynəlxalq Hava Limanı yaxınlığındakı hədəflərə raket hücumu nəticəsində 4 nəfər həlak olub.

Suriya dövlət agentliyi SANA iki suriyalı əsgərin öldüyünü bildirib.

Dəməşq Beynəlxalq Hava Limanına və hava limanı yaxınlığındakı anbara zərbələrin endirildiyi bildirilir.

Livan Hizbullahı və İran İslam İnqilabı Keşikçiləri Korpusu hücum edib. Suriyanın hava hücumundan müdafiə qüvvələri bu hücumu dəf edə bilməyib.