"Rusiyada səfərbər olunanlar hazırda təlim keçir, bizim isə uzunmüddətli planımız olmalıdır"

Yens Stoltenberq 


"Rusiya əsas məqsədindən - Ukrayna üzərində tam nəzarəti bərqərar etməkdən əl çəkmək fikrində deyil, ona görə də Qərb ölkələrinin Ukraynaya dəstək üçün uzunmüddətli planının olması zəruridir".

Bu buradə NATO-nun baş katibi Yens Stoltenberq "BBC"yə müsahibəsində deyib.

O deyib ki, Ukrayna ordusunun uğurları Kiyevin sürətli qələbəsi ilə bağlı yanlış təəssürat yaratmamalıdır:

“Ukraynanın silahlı qüvvələri bir neçə aydır ki, əks-hücum edir, lakin biz onu da bilirik ki, Rusiya səfərbər olub və hərbi sıralarını artırıb. Səfərbər olunanların çoxu hazırda təlim keçir. Bütün bunlar göstərir ki, onlar müharibəni davam etdirməyə və bəlkə də yeni hücumlara cəhd etməyə hazırlaşırlar.

Əgər biz sülh sazişinin vəziyyəti gücləndirməsini, Ukraynanın Avropada suveren, müstəqil, demokratik dövlət kimi qalib gəlməsini istəyiriksə, Ukraynanın dəstəyini təmin etməliyik. Onların arasında hərbi dəstək var, çünki bu, Rusiyanı danışıqlar masası arxasına oturmağa və Ukraynanı Avropanın suveren, müstəqil dövləti kimi tanımağa inandırmağın yeganə yoludur”, - deyə Yens Stoltenberq vurğulayıb.