"Sabah Saakaşviliyə qlobal dəstək aksiyası keçiriləcək"

"Gürcüstanın 8 böyük şəhərində və dünyanın müxtəlif şəhərlərinin paytaxtlarında, Gürcüstan səfirliklərinin yaxınlığında, yanvarın 4-də Mixeil Saakaşviliyə dəstək aksiyası keçiriləcək".

Bu barədə "Vahid Milli Hərakat" partiyasının lideri Nika Melia açıqlama verib. Onun sözlərinə görə, əsas çağırış Saakaşvilinin həyati əhəmiyyət kəsb edən xaricdə müalicə almaq imkanının verilməsi olacaq.

Məlumat üçün bildirək ki, yanvarın 4 -də qlobal aksiyaların keçirilməsi təşəbbüsü ilə rusiyalı hüquq müdafiəçisi Mark Feyqin çıxış edib. O, Ukrayna prezidentinin administrasiyasının müşaviri Oleksey Arestoviçlə birlikdə müxtəlif ölkələrdə yaşayan vətəndaşları öz ölkələrindəki Gürcüstan səfirliklərinə getməyə çağırıb və Gürcüstanın üçüncü prezidentinə tam müalicə almaq hüququnun verilməsini tələb edib.