Rus ordusunun hücum istiqamətləri açıqlandı

Hazırda rusların əsas səyləri Donetsk vilayətini tamamilə ələ keçirməyə yönəlib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda bildirilir ki, ruslar Baxmutda hücum əməliyyatları aparır və Kupyanski, Limanski və Avdeyevski istiqamətlərində taktiki vəziyyəti yaxşılaşdırmağa uğursuz cəhdlər göstərir. Eyni zamanda, digər istiqamətlərdə özünü müdafiə edir.

Baş Qərargah qeyd edib ki, Rusiya işğalçıları Çerniqov vilayətinin Nikolaevka və Xarkov vilayətinin Streleçye, Krasnoe, Ambarnıye, Buqruvatka, Qatişe, Zeleni və Odradne yaşayış məntəqələrini isə atəşə tuturlar.