Ermənistanda itkilərin axtarışı dayandırılıb?

Ermənistanda 44 günlük müharibə nəticəsində itkin düşmüş 200-ə yaxın insanın axtarışı 2022-ci ilin yanvarından dayandırılıb. Bu barədə parlamentin insan hüquqları və ictimaiyyətlə əlaqələr komissiyasının sədri Taquhi Tovmasyan “Joqovurd”a bildirib.

 Onun sözlərinə görə, 44 günlük müharibə zamanı itkin düşənlərin axtarışı çoxdan başa çatıb və Ermənistanın baş naziri Nikol Paşinyan cəmiyyətə belə çağrış ünvanlayıb: “Mən təəssüf edirəm ki, bəzi siyasətçilərin təbirincə, guya ölkənin baş nazirinin bu barədə mühüm məlumatı yoxdur. Bütün məsələlərlə məşğul olurlar”.

Dünənki mətbuat konfransı zamanı Paşinyan bəyan edib ki, itkin düşənlərin axtarışı davam edir.