Çinin şimal-qərbindəki Sinxay əyalətində arxeoloqlar qədim qayaüstü rəsmləri olan yeni ərazi aşkar ediblər.
Lim10.az xəbər verir ki, bu barədə Sinxua agentliyi Yuşu-Tibet Muxtar Vilayətinin Tarix və Mədəniyyət İnstitutuna istinadən məlumat yayıb.
Petroqliflər Tuntian çayı hövzəsində, Çumarleb bölgəsində qaya üzərində tapılıb. Alim Camyanq Nyimanın sözlərinə görə, onlar Çin köçərilərinin həyatından səhnələri təsvir edir. Təsvirlərin yaşı hələ müəyyənləşdirilməyib.
Bildirilib ki, hazırda çay hövzəsində 10 minə yaxın qayaüstü rəsmdən ibarət 60-dan çox yer aşkar edilib. Onlardan ən qədiminin təxminən 3200 yaşı var.