"Qərb Kiyevi dəstəkləməsəydi, Ukraynadakı münaqişə 15 günə bitəcəkdi".
Lim10.az-ın xəbərinə görə, bu sözləri Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel İspaniyanın "20 Minutos" qəzetinə müsahibəsində deyib.
Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, bir çox insan qarşıdurmanın tezliklə bitməsini istəyir.
Borrelin sözlərinə görə, Qərb Ukraynaya dəstəyi dayandırsa, münaqişə 15 günə bitəcək, Rusiya Prezidenti Vladimir Putin isə öz məqsədlərinə çatacaq.
"Ancaq biz bunu ukraynalıların və özümüzün - avropalıların təhlükəsizliyi üçün istəyirikmi?", - deyə diplomat vurğulayıb.