"Ukraynanın müharibədə tam qələbə qazanana qədər..." - Rişi Sunak

Böyük Britaniyanın baş naziri Rişi Sunak müdafiə naziri Ben Uollesdən "Çallenger 2" tanklarının ən qısa zamanda Ukraynaya çatdırılmasına başlamaq üçün "tərəfdaşlarla işləməyi" xahiş edib.

“Biz bu müharibədə qalib gəlmək üçün yeni nəsil hərbi texnologiya ilə Ukraynaya dəstəyimizi sürətləndiririk. Ukraynanın müharibədə tam qələbə qazanmasına qədər Putin rejimi ilə heç bir danışıqlar aparılmayacaq”, - Britaniyanın baş naziri Londonda Yaponiyanın baş naziri ilə görüşündə bildirib.