"KTMT Ermənistandakı təlimlərin ləğvi ilə bağlı bildiriş almayıb" - Vladimir Zaynetdinov

"KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinovun baş nazir Nikol Paşinyanın Ermənistandakı təlimlərin ləğvi ilə bağlı bir gün əvvəl verdiyi bəyanatına şərhində qeyd olunur ki, bu il KATMT birləsmiş qoşunlarının təlimin Ermənistan torpaqlarında keçirilməsi zərurəti əvvəllər Yerevanda təsdiqlənib.

“Hazırda KTMT Katibliyi Ermənistan tərəfdən təşkilatın müəyyən etdiyi qaydada bu təlimlərin ləğvi ilə bağlı rəsmi bildiriş almayıb. Biz Ermənistan Respublikasındakı mövcud vəziyyətə anlayışla yanaşırıq ki, bu da bu il KTMT-nin planlaşdırılan sülhməramlı təlimlərinin orada keçirilməsinə imkan verməyə bilər”, - məlumatda deyilir.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan dünən bəyan edib ki, KTMT-nin birləşmiş qoşunlarının Ermənistanda keçrilməsi planlaşdırılan təlimləri baş tutmayacaq.