“Putinin səhhəti pisləşir” - Professor Solovey

 

Putinin səhhəti pisləşir və o, müharibənin yeni mərhələsinə başlamağa tələsir.

Professor Solovey proqnozlaşdırır ki, Kreml müharibəni "xalqın müharibəsi" elan etməklə, hərbi əməliyyatlarda bütün rusları iştirak etməyə məcbur etmək istəyir.

“Güman edilir ki, Xüsusi Hərbi Əməliyyatın ildönümünə (24 fevral) prezident müharibənin xalq müharibəsi xarakteri aldığını və hər bir vətəndaşın iştirakını tələb edəcəyini elan edəcək”, - politoloq Valeri Solovey “Vozdux” verilişinin efirində bildirib. Onun fikrincə, ikinci səfərbərlik dalğası “əlavə yığım” şəklində olacaq. Onun formalarından biri də hərbi xidmətə çağırış müddətinin 18-27 yaşdan 21-30 yaşa dəyişdirilməsidir. Ekspert qeyd edir ki, Gerasimovun (qoşunların komandiri) təyin edilməsi xalq müharibəsi konsepsiyasının bir hissəsidir. “Onda əvvəllər heç bir komandirdə olmayan fövqəladə səlahiyyətlər var. Bu isə o deməkdir ki, hərbi baxımdan vəziyyət çox pisdir. Gerasimov, prezidentin nöqteyi-nəzərindən, axını dəyişdirməyə çağırılıb" - deyə Solovey bildirib.

Bütün bunlar Putinin səhhətinin pisləşməsi fonunda baş verir, politoloq qeyd edir. “İndi o, hər hansı bir infeksiyadan, hətta asanlıqla müalicə olunan infeksiyadan qorxur. Onun çox zəifləmiş bir immunitet sistemi var, almış olduğu aqressiv müalicə, qəbul etməyə məcbur olduğu dərmanlar onu zəiflədir" - deyə Solovey qeyd edib. Onun sözlərinə görə, təsadüfi deyil ki, “telegram kanallarında keçirilən sorğularda Putinin hakimiyyətinin necə bitəcəyi ilə bağlı bənd əlavə edilir və “sağlamlıq” variantı çox vaxt birinci yerləri tutur”. “Dinamikalar mənfidir və onun ətrafı bunu bilir. Bu, artıq xüsusilə gizli deyil" - deyə politoloq yekunlaşdırıb.

Dadaş Əhmədli