Rusiyadan İrandakı vətəndaşlarına çağırış

"Rusiya vətəndaşlarına İsrailin İran hədəflərinə mümkün zərbəsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə riayət etmələri tövsiyə olunur".

Lim10.az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı səfirliyi məlumat yayıb.

"İran ətrafında vəziyyətin gərginləşməsi, İsrailin ölkənin hədəflərinə cavab zərbəsi endirməsi ilə əlaqədar Rusiya səfirliyi İrandakı Rusiya vətəndaşlarına təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyi tövsiyə edir", - məlumatda bidirilib.

Həmçinin, Rusiya vətəndaşlarına ölkənin İrandakı səfirliyinin resurslarında məlumatı izləmək tövsiyə edilib.