Britaniya Ukraynaya ən böyük yardım paketini elan etdi

Böyük Britaniya bu gün Ukraynaya döyüş texnikasından ibarət ən böyuk yardım paketini açıqlayıb.

Müdafiə naziri Ben Uollesin sözlərinə görə, bura aşağıdakılar daxildir:

  • Challenger 2 tank eskadronu;
  • Hazırlığın müxtəlif mərhələlərində daha 8 AS90+ silahı;
  • 100 zirehli texnika, o cümlədən Bulldog zirehli transportyoru;

 

  •  onlarla PUA;

  • 100.000 artilleriya mərmisi;

  • 100 "inkişaf etmiş raketlər";

  • Ukrayna tanklarını və zirehli texnikalarını dəstəkləmək üçün ehtiyat hissələri.