Bəşəriyyət ekoloji fəlakətin astanasında: Vəhşi heyvan populyasiyası 73% azalıb

1970-ci ildən 2020-ci ilə qədər müşahidə altında olan vəhşi heyvan populyasiyalarının sayı 73% azalıb.

Lim10.az-ın verdiyi məlumata görə, bu barədə London Zooloji Cəmiyyətinin hesabatından aydın olub.

Ekspertlər xəbərdarlıq edirlər ki, artıq bioloji müxtəlifliyin bərpasının mümkünsüz ola biləcəyi vəziyyətə yaxınlaşırıq.

Ən kritik vəziyyət Latın Amerikası və Karib hövzəsində müşahidə olunur. Burada son 50 il ərzində fauna 95% azalıb.

Afrika qitəsi də heyvan populyasiyalarının əhəmiyyətli dərəcədə - müşahidələrin başlanğıcından bəri 76% azalmasını yaşayır.

Asiya və Sakit okean ölkələrində azalma 60%, Şimali Amerikada 39%, Avropa ölkələrində isə 35% təşkil edib.

Alimlər vurğulayırlar ki, vəhşi təbiət üçün əsas təhlükə insan fəaliyyətidir. Təbii yaşayış mühitinin dağılması, brakonyerlik, ətraf mühitin çirklənməsi və iqlim dəyişikliyi - bütün bunlar növlərin sürətlə nəslinin kəsilməsinə səbəb olan amillərdir.