Ötən gün İranın Zahidan şəhərində təhlükəsiz qüvvələri namaz qılmaq üçün Məkki məscidinə yollanan etnik bəlucların üzərində yoxlama apardıqdan sonra onları namaza buraxıblar.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Qeyd olunur ki, təhlükəsizlik qüvvələri məscidin ətrafında nəzarət postları da qurublar.